Bakıda əl qumbarası tapıldı - FOTO

Bakıda əl qumbarası tapıldı - FOTO

Bakıda əl qumbarası tapılıb.

 

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

 

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

 

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


OXŞAR XƏBƏRLƏR

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə yeni çoxfunksiyalı güzəştli kart veriləcək.   Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tər...

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

İyulun 20-də Dövlət İmtahan Mərkəzi Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir. ...

Bu BÜRCLƏRDƏN borc almağa dəyər

Borc öhdəlikləri həmişə ağır olan, hətta yaxşı əhval — ruhiyyəni poza biləcək bir şeydir. Ancaq dostlarına pul borclarını bağışlayan insanlar var. &nbs...