Rayonlara leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Ölkənin bəzi çaylarından sel keçib, Zaqatalaya 25 mm-lik dolu düşüb. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, sentyabrın 7-nə olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, sentyabrın 6-sı axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub. Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında şimşək çaxıb, arabir yağış yağıb.