Davada xəsarət alan hərbçi xəstəxanada ÖLDÜ

Davada xəsarət alan hərbçi xəstəxanada ÖLDÜ

Bir neçə gün əvvəl Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş vermiş dava zamanı xəsarət alan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Orxan İlham oğlu Əlizadə vəfat edib.

 

Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, başından ağır xəsarətlər alıb tibb müəssisəsinə yerləşdirilən hərbçi ötən gün dünyasını dəyişib.

 

Qeyd edək ki, hadisə O.Əlizadənin dostu ilə Saloğlu qəsəbə sakini Baloğlan Abdul oğlu Bukavadzenin idarə etdikləri avtomobillərlə bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib. Mübahisə zəminində B.Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib. O.Əlizadə yıxılarkən başı qaz borusuna dəyib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Putin Kurska bu generalı rəis göndərdi

Polis general-mayoru Yevgeni Pankov Kursk vilayəti üzrə Rusiya Mühafizə İdarəsinin rəisi təyin edilib.   Sfera.az xəbər verir ki, bu barədə qube...

Vaqif Əsədov Milli Mətbuat günü münasibətilə bütün media əməkdaşlarını təbrik etdi

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin təməlini qoyduğu "Əkinçi" qəzetinin nəşrindən bu gün 150 il ötür. Bu əlamətdar və tarixi gündə bütü...

Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir

Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.   Sfera.az məlumatına görə, Vnuk...

AZAL təyyarəsini vuran şəxsin - FOTOSU

Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin 2024-cü ilin 25 dekabrında Qroznı səmasında vurulması ilə bağlı sensasion məlumat yayılıb. &nbs...

Gənc idmançı məşq sırasında qəzaya uğrayaraq vəfat etdi

İspaniyalı motosikletçi Pau Alsina məşq zamanı dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, 17 yaşlı idmançı şənbə günü səhər Saraqosa trasında düny...

Avtobus sürücüsü sükan arxasında pivə içib?- VİDEO

Avtobus sürücüsünün sükan arxasında spirtli içki içdiyi iddia olunur.   Sfera.az xəbər verir ki, görüntülər vətəndaşlardan biri tərəfindən çəkilib və...