Zakir Əliyev 7 aylıq qızının vəfatından danışdı
"Yeni il gecəsi anam, üç ay sonra isə bacım Novruz bayramında vəfat etdi. Anamdan sonra iki ay dərin stres yaşadım, çox çətin keçirdim". Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Zakir Əliyev "Nanəli" verilişinə müsahibəsində deyib. Sənətçi daha sonra 7 aylıq qızının da dünyasını dəyişdiyini bildirib: "Bacım dünyasını dəyişəndən sonra təsəlli kimi Allah bizə övlad payı verdi. Uşaq mələk idi. Xəstəxanadan çıxaranda avtomobildə onu qucağıma aldım, inanmadım ki, mənim övladımdır. Ay