Ekspert piyada ölümləri barədə: "İnsanlara sərt cəzalar və cərimələr tətbiq edilməlidir"
Dünən sosial mediada iki qəza görüntüsü yayılıb. Yaxın ərazilərdə piyada keçidi olmasına baxmayaraq, piyada yolu onun üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyir.Kimi deyir, günah piyadadadır kimi deyir, infrastruktur düz deyil. Bu məsələnin həlli yolu kimi hansı addımlar atılmalıdır? Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, infastrukturla bağlı müəyyən problemlər var, lakin bu, o demək deyil ki, insanlar özlərini yola atmalıdır: