Mədəkiçiltmə əməliyyatından sonra ölən AzTv əməkdaşının anası DANIŞDI: "Evə gələn kimi..."

Mədəkiçiltmə əməliyyatından sonra ölən AzTv əməkdaşının anası DANIŞDI:

24 yaşlı gəncin əməliyyatdan sonra ölməsi həkim məsuliyyətsizliyindən qaynaqlanmayıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a Azərbaycan Televiziyasının (AzTV) mətbuat katibi Rüfət Seyidov məlumat verib. O qeyd edib ki, AzTV-nin vəfat edən əməkdaşının ailəsi hadisədə həkim səhvinin olmadığını bildirib:

 

"Ailədən aldığımız məlumata görə, sürücümüz Vüqar Rəsulov dekabrın 1-də özəl xəstəxanalardan birində mədəkiçiltmə əməliyyatı olunub. Əməliyyat uğurlu keçib, xəstə evə buraxılıb. Ailəsinin bildirdiyinə görə, evə gələndən sonra Vüqar çox susadığını deyib, su istəyib. Həkim suyu çox az və damcı-damcı içməyi tapşırsa da, Vüqar buna əməl etmədən birdən-birə xeyli su qəbul edib. Bundan sonra sürətlə halının pisləşdiyini müşahidə ediblər. Gənc oğlan atasına onu çox istədiyini deyib və qucaqlayıb. Ailəsi vəziyyətinin çox pis olduğunu görərək, dərhal təcili yardım çağırsa da, Vüqar xəstəxanaya aparılarkən, yolda keçinib.

 

Hazırda əməkdaşlarımız Şəkidə dəfn mərasiminə qatılıblar. Gənc əməkdaşımızın vəfatına çox təəssüflənirik, ailəsinə başsağlığı və səbir diləyirik".


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...