Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Cəmiyyət
Sosial məsələlər, kommunal və nəqliyyat, şəhər həyatı və vətəndaşları narahat edən mövzular.
10 dekabr 2023, bazar
Meteohəssas insanların NƏZƏRİNƏ:
dekabrın 11-də...
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, dekabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
18:44
"Şuşada bu günədək 16 abidə tam bərpa olunub" -
Aydın Kərimov
Şuşanın siması aydan-aya dəyişir. Şuşada bu günədək 16 abidə tam bərpa olunub. Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində söyləyib. O bildirib ki, Şuşanın infrastrukturunun qurulması prosesi davam edir.
13:44
Sabahın hava proqnozu -
YAĞIŞ,DUMAN...
Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin
13:11
Nazpəri Dostəliyeva və Misir Mərdanovun rəqsi
(VİDEO)
Xalq artisti Nazpəri Dostəliyevanın sosial media hesabındakı paylaşımı diqqət çəkib. Belə ki, müğənni ifa etdiyi toyda keçmiş təhsil naziri Misir Mərdanov da iştirak edib. "Sevimli Misir müəllim, uzun zamandır ki, Sizi görmürdüm. Bu aşıq mahnısını sizin üçün ifa etdim. Allah bütün övladlara toy qismət etsin. Amin" deyə, N.Dostəliyeva paylaşımında yazıb. Görüntüləri təqdim edirik:
12:25
9 dekabr 2023, şənbə
Vəkillər Kollegiyasının təşkilatçılığı ilə tələbələr arasında intellektual müsabiqə başladı
Dekabrın 9-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" hüquq sahəsində intellektual müsabiqə başlayıb. Üç mərhələdən ibarət müsabiqədə Elm və Təhsil Nazirliyinin hüquqşünas ixtisasının SABAH qrupları, Bakı Dövlət Universiteti (BDU), Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Polis
22:00
Nazpəri Dostəliyevanın Misir Mərdanovla toyda maraqlı rəqsi -
VİDEO
Xalq artisti Nazpəri Dostəliyeva sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Sfera.az xəbər verir ki, müğənni ifa etdiyi toyda keçmiş təhsil naziri Misir Mərdanov da iştirak edib. Onlar məclisdə qarşılıqlı rəqs ediblər. "Sevimli Misir müəllim, uzun zamandır ki, Sizi görmürdüm. Bu aşıq mahnısını sizin üçün ifa etdim. Allah bütün övladlara toy qismət etsin. Amin" deyə, N.Dostəliyeva paylaşımında yazıb. Həmin görüntüləri təqdim edirk:
21:30
Bakıda bank sistemində problem:
kartlarla ödəniş dayandı
Ölkədə mağazalarda bank kartları ilə ödəniş etmək hazırda mümkün deyil. Sfera.az Axar.az-a istinadən xəbər verir ki, mağazadan alış-veriş edənlər kartla ödəniş həyata keçirə bilmirlər və bu da bəzi çətinliklər yaradır. Alıcılar ya bankomatlardan pulu nağdlaşdırmağa məcbur olur, ya da almaq istədikləri məhsulu, hətta ərzağı belə geri qaytarırlar. Kartla ödəniş sisteminin çökməsinin səbəbi bəlli deyil.
19:20
DYP sürücülərə müraciət edib:
"Bu, yolverilməzdir!"
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb. Məlumatda bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir. "Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını
18:38
Bakıda möhtəşəm mükafatlandırma mərasimi -
FOTOLAR
Cümə günü FİA-nın Bakıda keçirilən möhtəşəm mükafatlandırma mərasimindən sonra avtomobil idmanı üzrə 2023-cü il çempionlarının və qaliblərinin mükafatlandırılması şənbə günü də davam edib. Sfera.az xəbər verir ki, mərasimdə FİA Rally & Circuit mükafatları təqdim olunub. 2022-ci ildə olduğu kimi, bu il də ralli yarışında müxtəlif nominasiyalarda qalib gələn pilotlar təltif ediliblər. Mərasimdə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti Mohammed Ben Sulayem çıxış edərək FİA həftəsinə
18:19
Naxçıvanda dekabr ayının
pensiyaları ödənildi
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının pensiya ödənişi başa çatdırılıb. Sfera.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, təqaüdçülər pullarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.
18:00
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı -
FOTO
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı vətəndaşlardan birinin kartından 312 manat pul oğurlamış paytaxt sakini 2002-ci il təvəllüdlü Aqşin Quliyev saxlanılıb. DİN-dən Sfera.az -a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə daha bir vətəndaşın bank kartından 346 manat pul oğurlamış Qusar rayon sakini 1997-ci il təvəllüdlü Sahil Xaspoladov saxlanılıb. Hər iki şəxs barəsində
17:33
Tovuzda məktəbli bıçaq xəsarəti alıb
Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb. Sfera.az -ın məlumatına görə hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb. Məktəbinin 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyatində qeydə alınıb. DİN-in Mətbuat
16:53
DYP sürücülərə müraciət etdi:
"Yolverilməzdir!"
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb. Məlumatda bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir. "Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını
16:40
Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanıldı
Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb. Daxili İşlər Nazirliyindən Sfera.az -a verilən xəbərə görə, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin 5 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
15:50
Bakı COP29-u keçirəcəyi şəhər kimi seçilib
Şərqi Avropa ölkələrinin bir qrupu Bakını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçiblər. Sfera.az xəbər verir ki, bunu “Climatechangenews” iki mənbə təsdiq edib.
15:27
38 min manatlıq qızıl-zinət oğurlayanlar saxlanıldı -
VİDEO
Paytaxtın Suraxanı rayonunda polis əməkdaşları tərəfindən son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı Yeni Günəşli və Zığ qəsəbələrində baş verən oğurluq hadisələrinin üstü açılıb. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Paytaxt sakinlərindən biri avtomobilindən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanması barədə Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri
15:14
“İstirahət günləri ilə bağlı qərar öncədən verilsin, camaat işini bilsin”
“Hər il bayram günlərinə yaxın Nazirlər Kabineti qeyri-iş günlərini elan edir. Lap ərəfəsində. Axı niyə belə gec? İl bəlli, bayramlar bəlli, şənbə-bazarlar bəlli, olmazmı öncədən qərar qəbul edilsin ki, camaat işini bilsin?!” Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının rəhbəri Azər Qəribov sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, təqvimdə bu dəyişiklik öncədən olunsa, insanlar əvvəlcədən rahat şəkildə istirahətlə bağlı səfər planlaması edə bilər:
13:58
BŞTİ-dən 292 nömrəli məktəblə bağlı
AÇIQLAMA
Bakının Xəzər rayonu Binə qəsəbəsində yerləşən 292 nömrəli tam orta məktəb 121 nömrəli məktəbin korpusu kimi fəaliyyətə başlayıb. Bu barədə Sfera.az- a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Binə qəsəbəsində mövcud ehtiyaclar nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 292 nömrəli tam orta məktəb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Şagird sıxlığı nəzərə alınaraq 292 nömrəli tam orta
13:20
DYP hava ilə əlaqədar əhaliyə
müraciət etdi
Həftəsonu müşahidə olunan hava şəraiti ilə bağlı Baş DYP İdarəsinin yol hərəkəti iştirakçılarına müraciət edib. Baş DYP İdarəsindən Sfera.az -a verilən xəbərə görə, hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.
12:40
Mart ayında 14 gün iş
OLMAYACAQ - TARİXLƏR
Mart ayında iki bayram olduğundan istirahət günləri digər aylardan çoxdur. Azərbaycanda həmin ayda 14 gün qeyri-iş günü olacaq. Sfera.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə 2024-cü il 8 Mart – Qadınlar günü, bundan əlavə 20, 21, 22, 23, 24 mart tarixləri də Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri hesab olunur. Beləliklə, martda həftəsonları da daxil olmaqla 14 gün iş olmayacaq.
11:52
Novruz, Ramazan və Qurban bayramlarının tarixləri
AÇIQLANDI
Gələn il üçün Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlanıb. Sfera.az- ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, aprelin 10, 11-i Ramazan bayramı, iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.
11:39
Bakı metrosunun iş rejimi dəyişəcək -
BU TARİXDƏ
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın növbəti oyunu ilə əlaqədar dekabrın 14-dən 15-nə keçən gecə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Bu barədə Sfera.az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, İsveç klubu “Hakken”ə qarşı keçiriləcək görüşlə bağlı “Bakı Metropoliteni” QSC-yə edilən müraciət müsbət cavablandırılıb. Qurum bunu nəzərə alaraq, matç günü metronun iş vaxtını gecə 1 saat uzadacaq. Gecə saatlarında arenadan
10:58
8 dekabr 2023, cümə
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı -
VİDEO
"Qızılcaya yoluxmuş xəstənin vəziyyətinin ağır və ya yüngül olmasından asılı olmayaraq, evdə müalicə etmək düzgün deyil". Sfera.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in içraçı direktoru Vüqar qurbanov deyib. Onun sözlərinə görə, ölkədə hazırda qızlıca ilə bağlı vəziyyət stabildir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə evdə həkim nəzarəti altında saxlanılır. Vüqar Qurbanov xəstəxanalardakı növbə
23:50
Yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq
2024-cü il yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq. Sfera.az xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri
22:43
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›