“Əhalinin 78,5 faizi Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir” – Sorğu nəticələri
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanla Ermənistan arasında sülh perspektivləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə sorğu keçirib. STM-dən Sfera.az-a verilən məlumata görə, cari ilin noyabr ayı üzrə keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?" sualına respondentlərin 78,5%-i "bəli, dəstəkləyirəm", 20,2%-i "xeyr, dəstəkləmirəm" cavablarını verib. 1,3% rəyini bildirməkdə çətinlik çəkib.