Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
İyulun 8-i saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Göyçay, Sarıbaşda(Qax) 9 mm, Şahdağda 5 mm, Mingəçevir, Şəki, Qrız, Göygöl, Oğuz, Zaqatala, Qobustan, Füzuli, Neftçala, Astara, Yardımlı, Biləsuvar, Lerik, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron