Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
Avqustun 16-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Bu barədə Sfera.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub. Qeyd edilib ki, düşən yağıntının miqdarı Kürdəmirdə 16 mm, Oğuzda 14 mm, Qobustanda 11 mm, Yevlax, Göyçayda 6 mm, Yardımlı, Cəfəxanda 5 mm, Lerik, Zərdab, Ordubad, Sabirabad, Biləsuvar, Şirvan, Lənkəran,