Azərbaycandan xaricə ən çox kişilər gedir - STATİSTİKA
Azərbaycandan xarici ölkəyə gedənlərin 65 faizi kişilər, 35 faizi isə qadınlardır. Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində xaricə gedənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artım var. Ümumikdə xaricə 1223,0 min nəfər gedib. Azərbaycan vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 21,4 faizi Rusiyaya, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər edib.