10-cu qızıl medalı qazandıq
Cəmiyyət
03:51 / 19.06.2015
2901
“Bakı 2015” I Avropa Oyunlarında 97 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Xetaq Qazyumov qızıl medal üçün xalça üzərinə çıxıb.
O, qızıl medal uğrunda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Gərgin keçən görüşdə təmsilçimiz rəqibinə 3:1 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər. Onlar Xetaq Qazyumovu ayaq üstə alqışlayıblar.
Sfera.az