225 nömrəli məktəbin şagirdləri jurnalistlərə hücum etdilər - VİDEO
Kateqoriya məlum deyil
Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli orta məktəbdə REAL TV-nin əməkdaşlarına hücum olub.
Sfera.az xəbər verir ki, oktyabrın 28-də həmin məktəbin 7-ci sinif şagirdi olan qız dərs zamanı pəncərədən yıxılıb. Telekanalın əməkdaşları hadisə ilə əlaqədar məktəbə gediblər. Orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Hadisə nəticəsində operator müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Əməkdaşlar dərhal DİN-in 102 xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslərə qarşı məsuliyyət tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:






