Logo

Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı

Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rabitəbankın Visa-nın dəstəyi ilə təşkil etdiyi “Rabitabank Gaming League” turniri möhtəşəm final tədbiri ilə başa çatıb.

Ümumilikdə 207 kapitanın öz komandası ilə birlikdə iştirak etdiyi turnir 10 gün davam edib. Turnirin ilk 8 günü onlayn, son 2 günü isə canlı qarşılaşmalar formatında keçirilib. Oyun

həvəskarlarını bir araya gətirən turnir gərgin rəqabət, komanda ruhu və unudulmaz

oyun anları ilə yadda qalıb.

22 noyabr 2026-cı il tarixində “Elektra Events Hall”da keçirilən böyük final tədbiri oyun və əyləncənin bir araya gəldiyi festivala çevrilib. Turnir ərzində nümayiş etdirilən yüksək oyun performansı, gərgin qarşılaşmalar və qələbə əzmi final mərhələsində həyəcanı zirvəyə çatdırıb.

“Counter-Strike 2” (CS2) üzrə keçirilən turnirin yarımfinal və final qarşılaşmalarında komandalar öz taktiki bacarıqlarını, çevik qərarvermə qabiliyyətlərini və komanda birliyini nümayiş etdirərək çempionluq uğrunda mübarizə aparıblar. Gərgin və həyəcanlı mübarizənin ardından “Rabitabank Gaming League” turnirinin qalibləri müəyyənləşib. “ByTelecom” komandası turnirin çempionu adını qazanaraq birinci, “Take Control” komandası ikinci, “IOWA” komandası isə üçüncü yerin qalibi olub.

Tədbir çərçivəsində təşkil olunan “Cosplay” müsabiqəsi, kreativ obrazların nümayişi, müxtəlif hədiyyə oyunları və əsas hədiyyəsi “PlayStation 5” olan “Giveaway” iştirakçılara unudulmaz anlar yaşadıb.

Qeyd edək ki, Rabitəbank Visa-nın dəstəyi ilə həyata keçirdiyi bu layihə vasitəsilə ənənəvi bankçılıq çərçivəsindən kənara çıxaraq gənclərin maraq dairəsinə uyğun innovativ təşəbbüsləri dəstəkləməyi, Azərbaycanda kibersport mədəniyyətinin inkişafına töhfə verməyi və oyun həvəskarları üçün yeni ünsiyyət və rəqabət platforması formalaşdırmağı hədəfləyib.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir.

Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur. Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank

xidmətləri təqdim edir.

Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı — foto 1
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı — foto 2
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı — foto 3
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı — foto 4
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı — foto 5
Oyun həvəskarlarını bir araya gətirən “Rabitabank Gaming League” möhtəşəm finalla yekunlaşdı — foto 6
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR