WhatsApp əvvəlki dizaynına qayıtdı
Kateqoriya məlum deyil
WhatsApp istifadəçiləri üçün status bölməsində yeni dəyişiklik tətbiq edilib.
Sfera.az xəbər verir ki, hazırda istifadəçilərin paylaşdığı statuslar əvvəlki kimi şaquli formada, bir-birinin altında nümayiş olunur.
Xatırladaq ki, WhatsApp bir müddət əvvəl status bölməsində yeniliyə gedərək paylaşımları yan-yana, üfüqi formada təqdim etməyə başlamışdı. Son dəyişikliklə isə platforma əvvəlki dizayna qayıdaraq statusları yenidən alt-alta sıralayıb.\\azxeber.com






