Logo

Onlayn media subyektləri üçün müsabiqə elan edildi

Onlayn media subyektləri üçün müsabiqə elan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Media Reyestrinə daxil edilmiş, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri üçün müsabiqə elan edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Media və Yayım Şurası məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Media və Yayım Şurasına təqdim edilir.

Müsabiqədə iştirak etmək istəyən media subyektlərinin heyətində ən azı bir nəfər məsul redaktor və üç nəfər jurnalist olmaqla, ümumilikdə azı dörd nəfər olmalıdır.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektlərinin hər biri ilə aylıq 5000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair 6 (altı) ay müddətinə müqavilə imzalanır. Bu müddət ərzində müvafiq dörd əməkdaşın hər birinin aylıq əməkhaqqı minimum 800 (səkkiz yüz) manat təşkil etməlidir.

Qeyd edək ki, müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.

Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR