Logo

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.

108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib.

Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il oktyabrın 1-də prokurorluq orqanları yaradılıb.

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Bu 108 illik tarixdə Azərbaycan prokurorluğunda mühüm vəzifələr daşımış, dövlət və hüquq sistemində iz qoymuş çoxsaylı şəxslər olub. Onlardan biri də Azərbaycanın ilk Baş prokuroru İsmət İsmayıl oğlu Qayıbovdur.

İsmət Qayıbov 8 oktyabr 1942-ci ildə Gəncə şəhərində anadan olub. Hüquq təhsili aldıqdan sonra prokurorluq orqanlarında fəaliyyətə başlayıb və müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildə Azərbaycan SSR-in prokuroru vəzifəsinə təyin olunan İsmət Qayıbov 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının ilk Baş prokuroru olub.

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Onun Baş prokuror kimi fəaliyyəti Azərbaycan tarixinin olduqca mürəkkəb və ağır dövrünə təsadüf edib.

20 noyabr 1991-ci ildə isə İsmət Qayıbovun həyatında sonuncu gün oldu. O, Azərbaycanın dövlət və ictimai xadimləri ilə birlikdə Qarabağa gedərkən içərisində olduğu Mi-8 helikopterinin Qarakənd yaxınlığında erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid oldu.

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

HafizTimes.com-un xüsusi araşdırmasında İsmət Qayıbovun Türkiyədə yaşayan qızı Firuzə Qayıbovanın atası ilə bağlı xatirələrini, ailə fotoları ilə birlikdə ilk dəfə oxuculara təqdim edirik.

“Atam… 49 illik ömründə 49 həyata sığacaq qədər çox şey etdin…”

Firuzə Qayıbova:

— Atam… 49 illik ömründə 49 həyata sığacaq qədər çox şey etdin… Karyeranın pillələrini bir-bir qalxdın. Çox çətin idi, amma ən yüksək zirvəyə haqqınla çatdın… Heç kimə minnət etmədən, boyun əymədən, həmişə çalışaraq. Bəzən gecə saat 3-ə qədər, bəzən isə səhərin ilk işıqlarına qədər…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Amma nə qədər yorğun olsan da, o dörd mərtəbəni qalxarkən son 10-15 pilləni qaçaraq çıxardın və evimizə həmişə gülərüzlə daxil olardın… Bax, mənim üçün bəlkə də ən çətin şeylərdən biri də bir daha sənin ayaq səslərini eşitməmək oldu…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Səndən çox şey öyrəndim… Vətəni, insanları, həyatı sevməyi, cəsur olmağı (qoruyucu vasitəsiz, silahsız və gülləkeçirməz jilet geyinmədən hər gün piyada işə gedirdin), heç kimə boyun əyməməyi, həmişə ədalətli olmağı… İşıqlar içində yat, Ata… Məkanın cənnət, torpağın bol olsun…

(1978-ci il, İsmayıllı, Azərbaycan. Atamın prokuror kimi çalışdığı ilk iş yeri)

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

“Mənim təyinatım Füzuliyə çıxdı… Amma gedə bilmədim…”

Firuzə Qayıbova: İl 1993… Bakı… Azərbaycan Dillər İnstitutunu bitirmək üzrəyəm… İmtahanlar bitdi, bir neçə gün sonra diplomlarımızı alıb, təyinatlarımızı gözləyəcəyik… Sayılı günlər tez keçdi, təyinat siyahılarımız asıldı…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Mənim təyinatım Füzuliyə çıxdı… Amma gedə bilmədim… Heç birimiz təyinat aldığımız yerə gedə bilmədik…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Mənim Füzuliyə getməyimə bir neçə gün qalmış Füzuli erməni hərbçiləri tərəfindən işğal edildi… Bəzən düşünürəm, işğaldan bir neçə gün əvvəl getsəydim, nə olardı, bu gün həyatda ola bilərdimmi…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Və bu gün… İl 2024… Füzuli artıq azaddır. Füzuliyə uçuşlar başlayıb, uzun illər qan ağlayan torpaqlarda bu gün yeni bir həyat, yeni evlər, məktəblər var… Olsun! Hər gün, hər il yeni bir şeylər tikilsin, qurulsun… Biz bir xalq, bir millət olaraq çox əzab çəkdik, bu gün üçün yüzlərlə şəhid verdik, mən atamı itirdim…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

Canım Vətənim, Azərbaycanım, həmişə səndən gözəl xəbərlər gəlsin, həmişə gözəl inkişaflar, gözəl hadisələr olsun…

Qarabağ müharibəsində itirdiyimiz bütün şəhidlərimizin — hərbçilərin, mülki şəxslərin, qadınların, uşaqların, gənclərin və yaşlıların — ruhu şad, məkanları cənnət olsun…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

(Babam İsmayıl, nənəm Firuzə (geyiminin üzərindəki “Qəhrəman Ana” medalı. Sovetlər dövründə dövlət beşdən çox uşağı olan analara medal verirdi. Nənəmin 7 övladı vardı), yuxarı solda əmim Qayıb (hüquqşünas, 1975-ci ildə 38 yaşında yol qəzasında həlak olub), atam (20.11.1991-ci ildə Azərbaycanın Qarakənd kəndində şəhid olub)

– Və Atam… Vətəni sevməyi, həyatı sevməyi, nə olursa-olsun dik dayanmağı səndən öyrəndim… Sən mənim ən böyük qürurumsan, ən böyük ağrımsan və heç vaxt bitməyən həsrətimsən.”

Atamın son şəkli…

“Bir daha sənin ayaq səslərini eşitməmək…” – İsmət Qayıbovun qızının xatirələri

– Atamı (şəkildə qara kostyumda) və onunla birlikdə daha 21 nəfəri əbədiyyətə aparacaq Mi-8 helikopterinə gedərkən çəkilmiş foto.

Sol tərəfdə (atamın yanında) Azərbaycanın Daxili İşlər naziri Məhəmməd Əsədovdur. O da həmin helikopterdə şəhid oldu…

Hafiz Əhmədov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR