Hava kəskin dəyişir, qar yağacaq
Kateqoriya məlum deyil
Noyabrın 20-də Bakıda, Abşeronda və Azərbaycanın bir sıra rayonlarında yağıntılı hava şəraiti gözlənilir.
Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 20-si səhər saatlarında Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacaq. Yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı ehtimal edilir.
Bundan əlavə, noyabrın 20-si gecə və səhər saatlarında ölkənin bəzi şimal və qərb rayonlarında da arabir yağıntı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv xarakter alacağı, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.
Sakinlərə hava şəraitində gözlənilən dəyişiklikləri nəzərə almaları tövsiyə olunur.






