Keçmiş nazirə yeni vəzifə verildi
Kateqoriya məlum deyil
Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri təyin olunub. İlhamə Abdullayeva isə vəzifəsindən azad edilib.
Sfera.az xəbər verir ki, İlhamə Abdullayeva Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) şöbə müdiri vəzifəsinə gətirilib.
Qeyd edək ki, Elxan Tarqulu oğlu Nəcəfov bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilmişdi. O, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinə də rəhbərlik edib./yenisabah







