Logo

Müştərilər "XalqBank"a əmanət etmir - Depozitlər kəskin azalıb

Müştərilər "XalqBank"a əmanət etmir - Depozitlər kəskin azalıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın böyük banklarından olan "XalqBank"da depozitlərin və əmanətlərin həcmində ciddi azalma qeydə alınıb.

Sfera.az bankın məlumatlarına istinadən xəbər verir ki, bu ilin oktyabrın 1-də öhdəliklərin həcmi 2025-ci ilin sonuna nisbətən 350 milyon manat azalıb.

Müqayisə edilən dövrdə öhdəliklərin dəyəri 2,64 milyard manatdan 2,29 milyard manata geriləyib. Doqquz ayda öhdəliklər 13,3 faiz azalıb.

Öhdəliklərdə əsas azalma depozitlərdə (banklar və digər maliyyə institutları istisna olmaqla) qeydə alınıb. Depozitlərin həcmi 1,92 milyard manatdan 1,6 milyard manata düşüb. Qısa müddətdə müştərilərin vəsaiti 320 milyon manat (16,6 faiz) azalıb.

Depozitlərdə azalma həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin vəsaitlərində qeydə alınıb.

Fiziki şəxslərin əmanətlərinin həcmi doqquz ay ərzində 835 milyon manatdan 698 milyon manata, hüquqi şəxslərin depozitləri isə 1,063 milyard manatdan 900 milyon manata qədər azalıb.

Digər bankların "XalqBankda" olan depozitlərində də azalma baş verib. Ötən müddətdə bu növ depozitlərin həcmi 185 milyon manatdan 66 milyon manata qədər kiçilib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR