Logo

Xankəndidə Zəfər Günündə bayram konserti keçirildi

Xankəndidə Zəfər Günündə bayram konserti keçirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib.

Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.

Qeyd edək ki, konsert proqramından sonra Zəfər Günü münasibətilə Xankəndi səmasında bayram atəşfəşanlığının keçirilməsi nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR