Ərdoğanın xanımından Zəfər Günü ilə bağlı PAYLAŞIM
Kateqoriya məlum deyil
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sfera.az xəbər verir ki, Əminə Ərdoğan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında Azərbaycanın Zəfər Gününün sevincini və qürurunu bölüşdüyünü bildirib, tarixi qələbə uğrunda canlarından keçən qəhrəmanları rəhmət və minnətdarlıqla yad edib.






