Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Kateqoriya məlum deyil
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib.
Sfera.az xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilən konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs qrupu, "Şərur" Xalq Yallı Ansamblı, Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin üzvləri, eləcə də regional mədəniyyət idarələrinin, uşaq musiqi və incəsənət məktəblərinin yaradıcı kollektivləri çıxış ediblər.
Konsert proqramı atəşfəşanlıqla başa çatıb.






