Logo

Azərbaycanda kompüterlərin bazar payı oktyabrda 35 % azalıb

Azərbaycanda kompüterlərin bazar payı oktyabrda 35 % azalıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin oktyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 65,87 % təşkil edib.

Sfera.az xəbər verir ki, bu, sentyabr ayına nisbətən 0,26 faiz bəndi, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə isə 17,97 faiz bəndi çoxdur.

Kompüterlərin bazar payı ötən ay ərzində 0,27 faiz bəndi, illik müqayisədə isə 17,92 faiz bəndi və ya 35 % azalaraq 33,71 % olub.

Oktyabrda planşetlərin bazar payı 0,41 % təşkil edib. Bu göstərici ay ərzində dəyişməyib, bir il əvvələ nisbətən isə 0,03 faiz bəndi azalıb.\\report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR