Logo

Nazirə yeni müşavir təyin olundu

Nazirə yeni müşavir təyin olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub.

Sfera.az xəbər verir ki, nazir Anar Əliyevin Əmrinə əsasən bu vəzifəyə Vəzirov Rəşid Şamil oğlu gətirilib.4

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur.

2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 2021-ci ilin sentyabrından sabiq səhiyyə naziri Oqtay Şirəliyev “Respublika Diaqnostika Mərkəzi” ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib. O.Şirəliyevin vəfatından sonra ötən il oktyabrın 9-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.\\qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR