Logo

Səhiyyə nazirinin müşaviri işdən çıxdı

Səhiyyə nazirinin müşaviri işdən çıxdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səhiyyə nazirinin müşaviri Elgün Nurulla oğlu Səmədov vəzifəsindən ayrılıb.

Sfera.az xəbər verir ki, o, ərizə yazaraq öz istəyi ilə işdən çıxıb.

Xatırladaq ki, 3 sentyabr 2025-ci ildə sabiq səhiyyə naziri Teymur Musayevin imzaladığı müvafiq əmrlə Elgün Səmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatında nazirin müşaviri vəzifəsinə təyin edilib. Yeni səhiyyə naziri Anar Bayramovun təyinatından sonra isə o vəzifəsindən ayrılmaq qərarı verib.

Qeyd edək ki, Elgün Səmədov 2016-cı ilin Aprel döyüşləri zamanı 100-dən çox uğurlu cərrahiyyə əməliyyatı icra edib. O, Azərbaycan Prezidenti tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub./oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR