Logo

Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq

Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 2-dən 102, 130, 142 və 159 nömrəli avtobus marşrutları "20 Yanvar" metrostansiyasının yaxınlığında, Moskva prospektindəki "14 saylı notariat ofisi"nin yanında yerləşən dayanacaqdan çıxarılacaq.

Sfera.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəyişiklik sərnişin axınının səmərəli idarə olunması, hərəkət intervalının tənzimlənməsi və nəqliyyat qovşaqlarında sıxlığın azaldılması məqsədilə həyata keçirilir.

Xocəsən və Sulutəpə qəsəbələri istiqamətində hərəkət edən 102 və 159 nömrəli marşrutların sərnişinləri avtobuslara "20 Yanvar" metrostansiyasının Müzəffər Həsənov küçəsindəki çıxışında, ADSEA binasının qarşısındakı başlanğıc dayanacaqda və ya "Şamaxinka" ərazisində, "Alov zavodu" ilə üzbəüz yerləşən dayanacaqda minə biləcəklər.

130 və 142 nömrəli marşrutların sərnişinləri isə Moskva prospektindəki "Azərbaycanfilm Kinostudiyası" dayanacağından istifadə edə bilərlər. Bu marşrutların Lökbatan qəsəbəsi və Masazır kəndi istiqamətində növbəti dayanacağı "Şamaxinka" ərazisində, "Alov zavodu" ilə üzbəüz yerləşən məntəqədir.

Xatırladaq ki, daha əvvəl 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar da "14 saylı notariat ofisi"nin yanındakı dayanacaqdan çıxarılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR