Logo

“Həzi Aslanov”-“İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

“Həzi Aslanov”-“İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov”-“İçərişəhər” metro xəttində birbaşa hərəkət sınaq məqsədi ilə bərpa olunub.

Sfera.az xəbər verir ki, bununla da “Həzi Aslanov”-“Əhmədli” sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib.

Xatırladaq ki, “Həzi Aslanov” metrostansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar 2024-cü il noyabrın 30-dan Bakı metrosunun “Qırmızı” və “Yaşıl” xətlərində qatarların hərəkət sxemi dəyişdirilib. Həmin tarixdən qatarlar “İçərişəhər” və “Dərnəgül” metro stansiyalarından “Əhmədli” stansiyasına qədər hərəkət edib, “Həzi Aslanov”-“Əhmədli” sahəsində isə ayrıca məkik hərəkəti təşkil olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR