Logo

Leyla Əliyeva sosial tikiş müəssisəsində - FOTOLAR

Leyla Əliyeva sosial tikiş müəssisəsində - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxı şəhərində fəaliyyət göstərən sosial tikiş müəssisəsinə baş çəkiblər.

Sfera.az xəbər verir ki, Leyla Əliyevaya və Alyona Əliyevaya müəssisənin fəaliyyəti, burada yaradılan iş imkanları və sosial dəstəyə ehtiyacı olan qadınların məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, "İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyinin təşəbbüsü ilə “Tənha anaların sosial inkişafına dəstək” layihəsi çərçivəsində yaradılan müəssisədə hazırda 21 qadın çalışır. Dövlətimizin dəstəyi ilə 10 qadınla fəaliyyətə başlayan müəssisə fəaliyyətini genişləndirərək Şamaxı rayonunun Göylər kəndində filialını açıb. Hazırda hər iki müəssisədə ümumilikdə 50-yə yaxın qadın çalışır.

Müəssisələrdə tənha analarla yanaşı, aztəminatlı ailələrin nümayəndələri də işlə təmin olunublar. Əsas hədəf işçi qüvvəsini artırmaq, daha çox qadının məşğulluğuna şərait yaratmaq və daha çox ailənin sosial rifahına töhfə verməkdir.

Səfər çərçivəsində Leyla Əliyeva və Alyona Əliyeva qadınların iş prosesi ilə tanış olub, onların fəaliyyəti ilə maraqlanıblar. Onlar müəssisədə çalışan qadınlarla xatirə şəkilləri çəkdiriblər.

Fotolar5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR