Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi
Kateqoriya məlum deyil
T

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib.

Sfera.az xəbər verir ki, idarədən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda bilər.

Yaş yol örtüyü isə avtomobilin idarə olunmasını çətinləşdirir və əyləc məsafəsini uzadır.

BDYPİ həftəsonu avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı və hava şəraitinə uyğun hərəkət etməyi tövsiyə edib.

Bildirilib ki, sürücülər sürəti yol və görünüş şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı və texniki nasazlığı olan avtomobillərlə yola çıxmamalıdırlar. Ötmə və manevr zamanı, həmçinin dayanma və durma yerlərinin seçilməsində təhlükəsizlik tələblərinə ciddi əməl olunmalıdır.

İdarə sürücüləri diqqətli və məsuliyyətli davranmağa, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə almağa çağırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR