Bu ərazidə su olmayacaq

Kateqoriya məlum deyil
T
Suraxanı rayonunun Hövsan kəndinin bəzi ərazilərini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün ərzində su təminatında fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Sfera.az-a bildirilib ki, qəzanın aradan qaldırılması və su təchizatının bərpası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Suyun verilişində yaranmış fasilənin təmir işləri başa çatdıqdan sonra aradan qaldırılması nəzərdə tutulur.






