Payızda gecə ilə gündüz nə vaxt bərabərləşəcək? – Tarix açıqlandı

Payızda gecə ilə gündüz nə vaxt bərabərləşəcək? – Tarix açıqlandı
Kateqoriya məlum deyil
T

İldə iki dəfə baş verən təbiət hadisələrindən biri olan gecə-gündüz bərabərliyi 23 sentyabrda yaşanacaq. Bu zaman gecə ilə gündüzün müddəti bir-birinə yaxınlaşır və təxminən 12 saat davam edir. Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz mövsümü başlayır.

Sfera.az xəbər verir ki, 23 sentyabrdan sonra Şimal yarımkürəsində gecələr tədricən uzanacaq, gündüzlər isə qısalacaq. Günəş həmin gün Ekvatora 90 dərəcə bucaq altında düşəcək. Buna görə də Ekvator üzərində günorta vaxtı şaquli cisimlərin kölgəsi minimuma enəcək.

Gecə-gündüz bərabərliyinin əsas xüsusiyyətlərindən biri Günəşin tam şərqdən doğması və tam qərbdən batmasıdır. Bu tarixdə Günəş şüalarının düşmə bucağı səbəbindən dünyanın müxtəlif bölgələrində gündüz və gecə müddətləri bir-birinə çox yaxın olur.

Bu dövrdə okean və dənizlərdə qabarma-çəkilmənin amplitudası da yüksəlir. Şimal qütbündə uzunmüddətli qaranlıq dövr başlayarkən, Cənub qütbündə əksinə, təxminən 6 ay davam edəcək gündüz dövrü başlayır.

Azərbaycanda isə gecə-gündüz bərabərliyindən sonra günlərin qısalması daha aydın hiss olunacaq. Günorta saatlarında cisimlərin kölgə uzunluğu da onların öz hündürlüyünə yaxın olacaq. Bu dəyişikliklər qış gündönümünə qədər davam edəcək.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR