Pensiyalarla bağlı ŞAD XƏBƏR: bu qədər artım olacaq – Nazirlikdən AÇIQLAMA

İqtisadçı Natiq Cəfərli Globalinfo.az-a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb.
2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməsi və artırılması gözlənilirmi? Artımın hansı göstərici əsasında hesablanacağı və faizinin nə qədər olacağı artıq müəyyənləşibmi?
Sfera.az bildirir ki, məsələ ilə bağlı Globalinfo.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) sorğu ünvanlayıb.
Sorğuya cavab olaraq bildirilib ki, ölkəmizdə digər sosial ödənişlər kimi, pensiyaların da mütəmadi artımı təmin edilib:
“2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində minimum və orta aylıq pensiyalarda 3 dəfəyə qədər artım baş verib. Pensiya artımlarında pensiyaların hər ilin əvvəlində indeksləşdirilərək artırılması mühüm rola malikdir”.
Qurumdan bildirilib ki, hər ilin əvvəlində pensiyaların indeksləşdirilərək artırılması orta aylıq əməkhaqqının əvvəlki il üzrə artım göstəricisi əsasında həyata keçirilir:
“Yəni hər il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisi Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də həmin qədər pensiya artımı təmin edilir. 2026-cı ilin əvvəlindən də bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılıb. Artım 1,1 milyon pensiyaçıya şamil olunub.
Qarşıdakı dövrdə də hər ilin əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən təqdim ediləcək göstərici əsasında bu artımlar tətbiq olunacaq”.






