Xalq artistinin vəziyyəti ağır olaraq qalır

Kateqoriya məlum deyil
T
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovskinin vəziyyəti ağır olaraq qalır.
Sfera.az bildirir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
Vurğulanıb ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır:
"Mərkəzi Klinik Xəstəxananın Reanimasiya və intensiv terapiya şöbəsində kompleks müalicəsi davam edir".






