Bütün avtobuslara əlavə validatorlar quraşdırılacaq?

Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli avtobuslarında gözləmə müddətini azaltmaq məqsədilə ikinci oxuma cihazı (validatorlar) quraşdırılır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətindən (AYNA) Sfera.az-a bildirilib ki, hazırda M1 və M2 nömrəli avtobuslarda bu təcrübədən istifadə olunur:
“Bu istiqamətdə təhlillər davam edir. Əlavə marşrutlarda yenilik tətbiq ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək. Bu yanaşmanın tətbiqi digər marşrutlarda da nəzərdən keçirilir”.
Yeni praktikanın avtobuslarda qarışıqlıq yaratması ilə bağlı suallarımıza isə cavab ala bilmədik.






