“Nvidia” “Hugging Face”i 12,9 milyard dollara alacaq

“Nvidia” “Hugging Face”i 12,9 milyard dollara alacaq
Kateqoriya məlum deyil
T

Süni intellekt çipləri istehsalında dünyanın aparıcı şirkətlərindən biri olan “Nvidia” açıq mənbəli süni intellekt platforması “Hugging Face”i almağa hazırlaşır.

Sfera.az xəbər verir ki, “The Information”ın yaydığı məlumata görə, tərəflər sözügedən platformanın 12,9 milyard dollara “Nvidia”nın tərkibinə daxil edilməsi ilə bağlı razılığa gəliblər. Bu satınalmanın “Nvidia”nın indiyədək həyata keçirdiyi ən böyük sövdələşmələrdən biri olacağı bildirilib. “Hugging Face” açıq mənbəli süni intellekt modellərinin yerləşdirildiyi və istifadəçilərin müxtəlif AI alətlərinə çıxış əldə etdiyi platformadır.

Şirkətin “Nvidia” tərəfindən alınması süni intellekt bazarında mühüm dəyişikliklərdən biri kimi qiymətləndirilib. Məlumata görə, belə bir razılaşma “Anthropic” və “OpenAI” kimi qapalı mənbəli süni intellekt modeli hazırlayan şirkətlərin öz çiplərini istehsal etməyə çalışdığı bir dövrə təsadüf edib. “Hugging Face”in alınması “Nvidia”ya böyük həcmdə məlumat dəstləri və süni intellekt ekosistemində daha geniş imkanlar üzərində nəzarət qazandıra bilər. Nyu-Yorkda yerləşən “Hugging Face”in illik gəlirinin təxminən 150 milyon dollar olduğu bildirilib. Platforma 2023-cü ildə aldığı investisiyadan sonra 4,5 milyard dollar dəyərində qiymətləndirilib.

Digər tərəfdən, “Nvidia” süni intellekt texnologiyalarına qlobal tələbin yaxın illərdə daha da artacağını gözləyir. Şirkətin növbəti maliyyə ilində gəlirlərinin 70 faiz artacağı proqnozlaşdırılıb. “Nvidia” 2027-ci maliyyə ilinin sonuna qədər səhmdar kapitalı yatırımlarına 18 milyard dollar ayırmağı planlaşdırıb. Şirkət süni intellektə olan tələbin pik həddinə çatmadığını və qlobal bazarın bundan sonra da genişlənəcəyini düşünür.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR