İlin son Ay tutulması başa çatdı

Kateqoriya məlum deyil
T
Yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sfera.az-a verilən məlumata görə, tutulmanın maksimumu saat 08:12:53-də olub.
Qeyd edək ki, tutulma Avropa, Afrika, Asiya və Amerikadan görülüb. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olub.






