Onlayn tələlər artır: Vətəndaşlara vacib xəbərdarlıq

Onlayn tələlər artır: Vətəndaşlara vacib xəbərdarlıq
Kateqoriya məlum deyil
T

İnternetdə ilk baxışdan zərərsiz görünən bəzi addımlar ciddi hüquqi nəticələrə səbəb ola bilər.

Sfera.az xəbər verir ki, bu barədə hüquqşünas Anton Klyuçko “Qazeta.Ru”ya açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, xüsusilə “tez pul qazanmaq” vədləri ilə yayılan elanlar təhlükə yaradır. O qeyd edib ki, belə elanlara daha çox yeniyetmələr və ya maddi çətinlik yaşayan, təcili pula ehtiyacı olan şəxslər reaksiya verir. Klyuçko bildirib ki, bu cür təkliflər yüksək qazanc və az vaxt tələb etməsi ilə insanları cəlb edir. Lakin praktikada bəzi şəxslər xarici xüsusi xidmət orqanlarının fəaliyyəti ilə əlaqəli ola biləcək tapşırıqları yerinə yetirməyə cəlb edilə bilərlər.

Hüquqşünas vətəndaşları “sim-box” cihazları ilə bağlı işlərdən də uzaq durmağa çağırıb. Onun sözlərinə görə, bu qurğulardan çox vaxt dələduzluq məqsədləri üçün istifadə olunur.

Ekspert sosial şəbəkələrdə paylaşılan bəzi materiallarla bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, müəyyən memlər, şəkillər və videolar qadağan olunmuş maddələrin və ya ideologiyaların təbliği kimi qiymətləndirilə bilər.

Klyuçko bildirib ki, filmlərdən və seriallardan götürülmüş bəzi fraqmentlərin, eləcə də digər müəllif materiallarının paylaşılması da inzibati və hətta cinayət məsuliyyətinə səbəb ola bilər. O vurğulayıb ki, materialın qadağadan əvvəl və ya sonra paylaşılması bəzi hallarda hüquqi qiymətləndirməyə təsir etməyə bilər.

Hüquqşünas sosial şəbəkələrdə şəxsi xarakter daşımayan foto və video materialların paylaşılmasından mümkün qədər çəkinməyi tövsiyə edib.

Onun sözlərinə görə, hətta adi görünən şərhlər də qanunvericiliyə uyğunluq baxımından yoxlanıla bilər.

Qeyd edək ki, daha əvvəl internetdə yeni dələduzluq sxeminin yayıldığı bildirilmişdi. Belə ki, fırıldaqçılar yanacaqdoldurma məntəqələrinin yerləşməsi ilə bağlı saxta tətbiqlər hazırlayıb yaymağa başlayıblar.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR