Azərbaycan vətəndaşlığı ilə bağlı müraciətlər artıb? – Rəsmi STATİSTİKA

Kateqoriya məlum deyil
T
2026-cı ilin ilk altı ayı ərzində Azərbaycanda vətəndaşlıq məsələləri ilə bağlı minlərlə şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edib.
Sfera.az-ın Dövlət Miqrasiya Xidmətinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, 2026-cı ilin birinci yarımili ərzində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, vətəndaşlıqdan çıxma, vətəndaşlığa mənsubiyyətin müəyyənləşdirilməsi də daxil olmaqla, vətəndaşlıq məsələləri üzrə ümumilikdə 7 131 müraciət daxil olub.
Qurumun təqdim etdiyi məlumatda vətəndaşlığa qəbul edilən və ya Azərbaycan vətəndaşlığından çıxan şəxslərin sayı ayrıca göstərilməyib. Açıqlanan rəqəm vətəndaşlıq məsələləri üzrə Dövlət Miqrasiya Xidmətinə daxil olan ümumi müraciətlərin sayını əks etdirir.
Bəsti Rəfizadə
Sfera.az






