Logo

Seymur Orucov daha bir şəhidimizin anasına baş çəkdi – FOTOLAR

Seymur Orucov daha bir şəhidimizin anasına baş çəkdi – FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Göycəli kəndindən olan Tovuz döyüşləri şəhidimiz Vüqar Sadıqovun anası Zeynəb Sadıqovanı evində ziyarət edib, sağlamlıq durumu ilə bağlı müalicənin gedişatı və ailənin digər qayğıları ilə maraqlanıb.

Sfera.az xəbər verir ki, RİH başçısı ailə üzvlərinə Novruz və Ramazan bayramları münasibəti ilə təbriklərini çatdıraraq söyləyib ki, dövlətimiz hər zaman şəhid ailələrinin, qazilərimizin, müharibə veteranlarının, bir sözlə Vətənimizin ləyaqətli vətəndaşlarının yanındadır.

Sağlamlıq durumu ilə bağlı göstərilən səhiyyə xidmətlərindən məmnunluğunu ifadə edən Zeynəb ana şəhidlərin ailə üzvlərinin daim diqqətdə saxlanılmasını, onların sosial müdafiəsinin  davamlı olaraq gücləndirilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya  minnətdarlığını bildirib.

Allahdan şəhidlərimizə rəhmət diləyir, onların doğmalarına möhkəm can sağlığı arzu edirik!

Seymur Orucov daha bir şəhidimizin anasına baş çəkdi – FOTOLAR

Seymur Orucov daha bir şəhidimizin anasına baş çəkdi – FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR