Polis Bakıda əməliyyat keçirdi - 2 nəfər tutuldu – VİDEO

Kateqoriya məlum deyil
T
Paytaxtın Nizami rayonu ərazisində yerləşən mağzaların birində soyğunçuluq törədildiyi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 42 yaşlı Tərlan Abbasov və 28 yaşlı İsmayıl Dostəlizadə müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
