Oruclu sürücü DİN-ə təşəkkür etdi - FOTO

Oruclu sürücü DİN-ə təşəkkür etdi - FOTO
Kateqoriya məlum deyil
T

Bakıda oruclu sürücüyə göstərilən diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 


Sfera.az xəbər verir ki, iş adamı Fuad Qəmbərov Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və bir YPX əməkdaşına təşəkkür edib.


Fuad Qəmbərov səhhətində yaranan narahatlıq səbəbindən avtomobili idarə edərkən diqqətsizlik edib və bu zaman 99-YP-417 dövlət nömrə nişanlı yol polisi ekipajı tərəfindən saxlanılıb.


Sürücünün sözlərinə görə, YPX əməkdaşı onun cari vəziyyəti ilə maraqlanıb, özünü yaxşı hiss etmədiyini öyrəndikdən sonra necə kömək edə biləcəyini soruşub və bir qədər istirahət etməyi tövsiyə edib. Həmçinin sürücünün oruclu olduğunu və yaşadığı ünvana qədər hələ xeyli məsafə qaldığını nəzərə alaraq, iftarını yaxınlıqdakı restoranda açmağı təklif edib:


“Dünən “Qurd qapısı” deyilən yerdə, Badamdar dairəsində özümü yaxşı hiss etmədiyim səbəbilə avtomobil idarəetmədə diqqətsizliyim səbəbilə YPX əməkdaşı tərəfindən saxlanılmışam (18:30 radələrində, 99YP417). Cari vəziyyətimlə tanış olduqdan sonra, necə kömək edə biləcəyini soruşmuş və oturub istirahət etməyi təklif edilmişdir. Eyni zamanda, oruclu olmağım və yaşadığım ünvana hələ çox məsafə olması səbəbilə iftarı yaxında olan restoranda açmağı da təklif etmişdir. Yoluma davam etmək istəyimi nəzərə alaraq, məni iftar etməyim üçün azuqə ilə təmin etmişdir. Bu davranış məni dərindən təsirləmiş və çox təşəkkür etmişəm”.


İş adamı bildirib ki, göstərilən bu humanist və qayğıkeş münasibət onu dərindən təsirləndirib:


“Yuxarıda qeyd olunanları nəzərə alaraq, DYP rəhbərliyinə və şəxsən həmin əməkdaşa diqqət və qayğısına görə minnətdaram”.


Hadisə yol polisi əməkdaşlarının vətəndaşlara qarşı humanist yanaşmasının daha bir nümunəsi kimi dəyərləndirilir.


Bəsti Rəfizadə
Sfera.az

 

 

PAYLAŞ