Dubayda olan bloqer: "Zirzəmidə yatdıq amma..."

Dubayda olan bloqer: "Zirzəmidə yatdıq amma..."
Kateqoriya məlum deyil
T

 

Məşhur sosial media influenseri Keyt Ferdinand “Instaqram” hesabında ailəsi ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)-nin Dubay şəhərində yaşadıqları qorxulu gecəni izləyiciləri ilə bölüşüb.

 

O bildirib ki, ailəsi təhlükəsizdir.

 

Sfera.az xəbər verir ki, “Towie” proqramının keçmiş ulduzu, əri və futbol şərhçisi Rio Ferdinandla birlikdə Dubaya köçən Keyt, İranın raket hücumları zamanı yaşadıqları anları belə təsvir edib:

 

“Biz çox qorxulu bir gecə keçirdik. Zirzəmidə yatdıq, amma təhlükəsizik".

 

O həmçinin əlavə edib ki, hökumətin tədbirləri uğurludur və özünü təhlükəsiz hiss edir. “Dualarınız üçün təşəkkür edirəm, bu təcrübə hər kəs üçün dərs oldu”, – deyə Ferdinand bildirib.

 

Qeyd edək ki, Keyt və Rio beş yaşlı qızları Kri və iki yaşlı Şey ilə Dubayda yaşayırlar. Rionun əvvəlki evliliyindən olan 14 yaşlı qızı Tia də ailə ilə birlikdədir. Ailənin digər övladları Lorenz və Tate isə futbol karyeralarını İngiltərədə davam etdirirlər.

 

Mənsumə

Sfera.az

PAYLAŞ