Taksidə ödəniş qalmaqalı: Pulu öncədən almaq yaxşıdır?

Taksidə ödəniş qalmaqalı: Pulu öncədən almaq yaxşıdır?
Kateqoriya məlum deyil
T

“TikTok” sosial platformasında bir qadının taksidən düşərək ödəniş etmədən uzaqlaşdığına dair görüntülər yayılıb. Qısa zamanda geniş müzakirələrə səbəb olan həmin kadrlar sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər sürücünün haqlı olduğunu, digərləri isə belə halların sistemli şəkildə həll edilməli olduğunu vurğulayıblar. Xüsusilə də taksi xidmətlərində ödəniş mexanizmlərinin necə tənzimləndiyi və sürücü – sərnişin münasibətlərində məsuliyyət məsələsi yenidən gündəmə gəlib.


Belə halların qarşısını almaq üçün ödənişin öncədən edilməsi zəruridirmi?

 

Nəqliyyat eksperti Raqif Raufoğlu Sfera.az-a açıqlamasında bildirib ki, adətən xidmət sektorunda ödəniş sonra edilir. Onun sözlərinə görə,belə hallara əvvəllər daha çox rast gəlinirdi:

 


“Çünki müasir sistemlər yox idi. Bu gün biz proqram vasitəsilə ödəniş edirik. Orada bizim məlumatlarımız yer alır. Ordan yayınmaq mümkün deyil. Amma görünür ki, bu sürücü ənənəvi qaydada müştərini qəbul edib. Əvvəllər belə hallar tez-tez olurdu. Sürücülər müxtəlif üsullarla pulu almağa çalışırdılar. Məsələn bildirirdilər ki, ödənişi indidən etsəniz yaxşı olar, yanacaq vurmalıyam. Burdan irəli gəlir ki, hələ də sürücülər yanacağı tam doldurmadan sürürlər. Amma bu gün müasir sistemlərdə bunların heç birinə ehtiyac yoxdur. Taksiyə minən şəxsin kart nömrəsi onu taksiyə yönləndirən beynəlxalq şirkətdə olur. Yəni, ortada bir sığorta və zəmanət var”.


Ekspert qeyd edib ki, sürücünün qarşısında iki seçim var:


“Ənənəvi üsulla ödəniş tələb edən bu üsuldan ya imtina etməlidir, ya da qəbul edirsə, psixoloq kimi müştərini oxumağı bacarmalıdır. Çünki öncədən ödəniş tələb etmək müştəriyə qəribə gələ bilər. Birmənalı qsrşılanmayacaq. Çünki taksi şoferidə müştərini yarı yolda düşürə bilər. Normalda öncə xidmət göstərilir, daha sonra ödəniş edirsən. Nadir hallarda ödəniş öncədən olur. Bəzi yerlərdə belə olur. Amma adətən sonra ödəniş olur. Bu da ona bənzər bir sistemdir. Ən yaxşısı hansısa bir proqrama qoşulmaqdır. Elə olduqda bu halların qarşısını almaq olar”.


Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ