Logo

Bu ərazilərində 4 gün işıq olmayacaq

Bu ərazilərində 4 gün işıq olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sentyabrın 15-dən 19-dək Babək rayonunun Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində gün ərzində fasilələr olacaq.

“Azərişıq” ASC-dən Sfera.az-a verilən məlumata görə, bu müddət ərzində 35/10 kV-luq Cəhri yarımstansiyasından qidalanan 10 kV-luq Cəhri-1, Cəhri-2 və Cəhri-3 hava xətlərində payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçiriləcək.

Plan üzrə xətlərə toxunan ağacların kəsilməsi, boş sallanmış naqillərin çəkilərək bərkidilməsi, KTM-lərin (komplekt transformator məntəqələri) təmiri və ətrafının təmizlənməsi işləri görüləcək.

Bununla əlaqədar olaraq, Cəhri qəsəbəsi və Gülşənabad kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR