16 yaşlı qız zorakılıq qurbanı oldu - 4 nəfər saxlanıldı

16 yaşlı qız zorakılıq qurbanı oldu - 4 nəfər saxlanıldı
Kateqoriya məlum deyil
T

Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinski zorakılığa məruz qaldığı iddia olunur.

 

Sfera.az-ın xəbərinə görə, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.

 

Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

 

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR