Logo

Alimentlə bağlı qərarların sayı artır - Statistika

Alimentlə bağlı qərarların sayı artır - Statistika
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2025-ci ilin yanvar-iyun aylarında 11 296 nəfər barəsində aliment ödənilməsinə dair qərar çıxarılıb.

Sfera.az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2024-cü ilin eyni dövründə isə 11 324 nəfər barəsində sözügedən qərar tərtib edilib.

Ümumilikdə daxil olan aliment qərarlarının sayı 2020-ci ildə 18 288, 2021-ci ildə 20 619, 2022-ci ildə 17 621, 2023-cü ildə 20 993, 2024-cü ildə isə 23 327 olub.

Həmçinin 2025-ci ilin 6 ayının sonunda Ədliyyə Nazirliyinin yerli icra qurumlarının icraatında olan aliment işlərinin cəmi 124 566 olub.

Bundan əlavə, Bakı şəhəri üzrə ən çox aliment qərarı Xətai rayon icra şöbəsində olmaqla 6 197 icra sənədi təşkil edir.

Respublika üzrə ən çox aliment qərarı isə Gəncə şəhəri üzrə icra idarəsinin icraatında olmaqla 6 398 icra sənədi təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR