Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək - BU TARİXDƏN

Torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək - BU TARİXDƏN

“Vergi Məcəlləsinə” ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.

 

Maraqlıdır, bu dəyişikliyin təsirləri necə olacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq:

 

“Torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olublar. Digər tərəfdən, bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18 faizlik vergi də nəzərə alınaraq tərəflər razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu torpaqların icarə haqqlarının aşağı düşməsinə səbəb ola bilər”.

 

Deputat sonda qeyd edib ki, bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək.

 

Firuzə Əliyeva

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Dollar görün neçəyə oldu - Mərkəzi Bankdan TƏCİLİ MƏLUMAT

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il yanvarın 15-də ABŞ dollarının məzənnəsi ...

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...