Logo

Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi

Gürcüstanda yaşayan ən yaşlı soydaşımızvəfat etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanda yaşayan ən yaşlı soydaşımız, pedaqoq, jurnalist, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində çalışmış Dünyamalı Kərəm (Əliyev) iyulun 26-da 104 yaşında dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə D.Kərəmin yaxınları məlumat yayıblar.

Qeyd edək ki, Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.

Bakıda ali təhsil alan D.Kərəm 1954-1957-ci illərdə Xankəndidə "Kommunist " qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Sonradan anasının arzusu ilə Bolnisiyə qayıdaraq müəllim kimi fəaliyyət göstərib.

O, 7 kitabın, yüzlərlə elmi məqalənin müəllifi olub.

Daim “İnsanın uzunömürlü olması onun özündən asılıdır”, - deyən D.Kərəmin sonuncu kitabı da "Mən ki, 100 il yaşamasam" adlanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR