FHN müraciət yaydı


FHN müraciət yaydı

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

 

Sfera.az xəbər verir ki, müraciətdə deyilir:

 

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi gözlənilir.

 

Belə ki, daxil olan məlumatlara əsasən, bəzi dağ çaylarında suyun səviyyəsi kəskin artaraq sel və daşqın keçib və proses ayrı-ayrı yerlərdə davam etməkdədir. Lakin hava şəraiti ilə əlaqədar bu saatadək hər hansı ciddi fəsad qeydə alınmayıb.

 

Bununla belə, hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət nəzarət altında saxlanılır.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

 

Belə ki, sel və daşqından qorunmaq üçün xüsusilə dağlıq və dağətəyi ərazilərdə yaşayan, habelə həmin bölgələrə səfər edən vətəndaşların diqqətli olmaları, sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaları, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaları tövsiyə olunur.

 

İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

 

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.


OXŞAR XƏBƏRLƏR

Pensiya ilə bağlı MÜHÜM XƏBƏR: Bu şəxslər tez çıxa bilər - 10 il...

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilib. Bu barədə Baş ...

Türkiyədə də ZƏLZƏLƏ OLDU

Türkiyənin Konya şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəedilmə...

32 kişi ilə birlikdə 7 il adada qapalı qalan qadın: Kazuko Hiqa

Bu hekayəni ilk oxuduğunuz zaman tamamilə uydurma görünə bilər. Bununla belə, Kazuko Hiqanın təcrübələri real və olduqca təəccüblüdür. İkinci Dünya Müharibəsind...

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az xəbər verir ki, növbəti ...

Rusiyada 8 bal gücündə zəlzələ oldu - Ölkələrdə sunami təhlükəsi elan edildi

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.   Bildirilib ki, ...

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...